» » » Zərif Xəzər dənizindəki üçüncü qüvvədən danışıb

Zərif Xəzər dənizindəki üçüncü qüvvədən danışıb

Zərif Xəzər dənizindəki üçüncü qüvvədən danışıb

“Xəzər dənizi təhlükəsizlik və sabitlik regionu olmalıdır. Təhlükəsizlik və sabitlik region ölkələri üçün böyük əhəmiyyətə malikdir. Dənizdən yalnız sülh məqsədləri ilə istifadə edilməsi məqsədinə sadiq olmalıyıq. İran Xəzər dənizinin sektorlara ədalətli şəkildə bölünməsinin tərəfdarıdır”.

ucarliyiq.biz-in məlumatına görə, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
Zərif Xəzər dənizindəki üçüncü qüvvədən danışıb


O, bildirib ki, Xəzəryanı dövlətlərin Həştərxan sammitində əldə olunan intensiv silahlanmadan imtina, hərbi gücün istifadə etməməsinə zəmanət, təhlükələrə qarşı birgə mübarizən, həmçinin su hövzəsində üçüncü tərəfin hərbi gücünün buraxılmaması haqqında əldə olunan razılaşmalar regionda sülhü və sabitliyi təmin edilməsi üçün çox əhəmiyyətlidir.
Zərif Xəzər dənizindəki üçüncü qüvvədən danışıb


Zərif deyib ki, danışıqlarda müşahidə olunan ümumi qarşılıqlı anlaşma atmosferi nəticələrlə bağlı daha çox optimizm vəd edir. İran rəsmisi ətraf mühitin qorunmasının vacibliyini də vurğulayıb və dövlətləri bioloji resurslardan qeyri-rasional istifadə etməkdən çəkinməyə çağırıb.

XİN rəsmisi Xəzəryanı dövlətləri daimi regional orqan yaratmağa çağırıb.

"Onun tərkibi və səlahiyyətləri  Xəzəryanı dövlətlər arasında birgə konsultasiyalar yolu ilə müəyyən ediləcək. Xəzər dənizində stabillik və təhlükəsizlik region ölkələri üçün fundamental əhəmiyyət kəsb edir”.

Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov isə bildirib ki, bugünkü görüş Xəzəryanı dövlətlər arasında həqiqi dostluq münasibətlərinin və sıx əməkdaşlıq, qarşılıqlı fəaliyyət istiqamətində ortaq istəyimizin göstəricisidir.
Zərif Xəzər dənizindəki üçüncü qüvvədən danışıb
O deyib ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya sabitliyi təmin edəcək.

Onun sözlərinə görə, mövcud olan möhkəm hüquqi bazaya baxmayaraq, Xəzəryanı dövlətlər müxtəlif sahələr üzrə beynəlxalq sazişlərin həyata keçirilməsi tempini artırmaq istəyir.