» » » Kreml Putinin Bakı səfərini şərh etdi, görüşün müzakirə mövzusu açıqlandı

Kreml Putinin Bakı səfərini şərh etdi, görüşün müzakirə mövzusu açıqlandı

Kreml Putinin Bakı səfərini şərh etdi, görüşün müzakirə mövzusu açıqlandı

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya, Azərbaycan və İran prezidentlərinin görüşəcəyini təstiqləyib. ucarliyiq.biz-in məlumatına görə, Peskov görüşün avqust ayının ilk 10 günündə baş tutacağını bildirib.

Putinin sözçüsü görüş yeri barəsində heç nə deməsə də, İranın Xarici İşlər nazirinin müavini İbrahim Rəhimpur 3 ölkə başçısının avqustun 8-də Bakıda görüşəcəyini bildirib. Rəhimpurun sözlərinə görə, Azərbaycanın paytaxtında Həsən Ruhani və Vladimir Putinin təkbətək görüşü planlaşdırılır. Onun sözlərinə görə, Rusiya-İran-Azərbaycan üçtərəfli sammitində Suriya münaqişəsi müzakirə olunacaq. "Rusiya və İran arasında yaxşı nəticə verən Suriya üzrə ciddi əməkdaşlıq mövcuddur ki, bu da sülh prosessi üçün əhəmiyyətlidir" - deyə o həmçinin əlavə edib ki, siyasi prosess də müzakirə mövzusu olacaq.

"Qeyd etmək lazımdır ki, Suriya məsələsində Azərbaycanın da mövqeyi Rusiya və İran mövqeyi ilə oxşardır. Burada söhbət Suriya münaqişəsinin həll yollarından və terrorizmin kökünün kəsilməsindən gedir" - deyə Rəhimpur əlavə edib.