» » » Qarabağ Putin-Kerri gündəmindən çıxarıldı

Qarabağ Putin-Kerri gündəmindən çıxarıldı

Qarabağ Putin-Kerri gündəmindən çıxarıldı

Dağlıq Qarabağ Rusiya prezidenti Vladimir Putin ilə ABŞ Dövlət katibi Con Kerri arasında keçiriləcək görüşdə müzakirə edilməyəcək. ucarliyiq.biz-in TASS-a istinadla verdiyi məlumata görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. 

O, deyib ki, Putin ilə Kerri arasında görüş sabah - iyulun 14-də günün ikinci yarısında olacaq. "Suriya və Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi planlaşdırılır". 

"Prezident Kerri ilə yanaşı xarici işlr naziri Sergey Lavrovu da qəbul edəcək. Mövzular bəllidir: Bu Suriya və Ukrayna məsələləri və ikitərəfli əlaqələrdir".
Bir neçə gün öncə ABŞ dövlət katibi Con Kerrinin səfəri haqqında məlumat verən Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi onun Moskvada bir sıra yüksək vəzifəli şəxslərlə Suriya, Ukrayna, Dağlıq Qarabağ və digər məsələləri müzakirə edəcəyini demişdi. 

Con Kerrinin Moskva səfəri iki gün davam edəcək. Səfər iyulun 14-də başlayacaq.