» » » İlham Əliyev 27 nəfərin ölümünə görə başsağlığı verdi

İlham Əliyev 27 nəfərin ölümünə görə başsağlığı verdi

İlham Əliyev 27 nəfərin ölümünə görə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev İtaliyada baş verən qatar qəzasına görə, bu ölkənin prezidenti Sercio Mattarella və baş nazir Matteo Renziyə başsağlığı verib. 

Dövlət başçısı İtaliyanın cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca kədərləndiyini deyib. 
İlham Əliyev 27 nəfərin ölümünə görə başsağlığı verdi


"Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Ötən gün İtaliyanın cənubunda yerləşən Apuli rayonunda 2 sərnişin qatarı toqquşub. Qəza nəticəsində ən son məlumata görə, 27 nəfər ölüb. 

Təcili olaraq xəstəxanaya çatdırılan yaralılardan əksəriyyətinin vəziyyətinin ağır olduğu deyilir. Qəza çətin relyefə malik ərazidə baş verdiyi üçün zərərçəkənlərin evakuasiya edilməsi çətinləşib. 

Qəzanın dəqiq səbəbi bilinmir. Amma ehtimala görə, onlardan biri vaxtından öncə xəttə çıxıb.