» » » Fransa Türkiyədəki səfirlik və konsulluğu bağladı

Fransa Türkiyədəki səfirlik və konsulluğu bağladı

Fransa Türkiyədəki səfirlik və konsulluğu bağladı

Fransa Türkiyənin Ankara şəhərindəki səfirliyini və İstanbul şəhərindəki konsulluğunu bağlayıb. ucarliyiq.biz-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, səfirlik bunu təhlükəsizlik tədbirləri ilə əlaqələndirib.
Fransa Türkiyədəki səfirlik və konsulluğu bağladı


14 iyula təyin edilən Müstəqillik günü tədbirləri də təxirə salınıb.  

"Təhlükəsizlik səbəbindən Ankara, İstanbul və İzmir şəhərlərində  14 iyul tarixinə planlaşdırılan  Müstəqillik günü tədbirləri  təxirə salınıb.  Qərarla əlaqədar Türkiyə rəsmilərinə məlumat verilib. Aidiyyəti qurumlarla əlaqələri davam etdiririk. Səfirlik və konsulluq ikinci bir əmrə qədər bağlı qalacaq”.

Bundan əvvəl Türkiyədə terror hadisəsi baş verəcəyi ilə bağlı ABŞ səfirliyi vətəndaşlarına xəbərdarlıq etmişdi.  Terror barədə xəbərdarlıq iyunun 27-də verilmişdi.
Fransa Türkiyədəki səfirlik və konsulluğu bağladı
İyunun 29-da isə İstanbulun Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Terror aktına görə 13 nəfər tutulub.