» » » Moskva çayından cəsədi tapılan şəxsin azərbaycanlı olduğu müəyyənləşib

Moskva çayından cəsədi tapılan şəxsin azərbaycanlı olduğu müəyyənləşib

Moskva çayından cəsədi tapılan şəxsin azərbaycanlı olduğu müəyyənləşib

Rusiyada yaşayan azərbaycanlı biznesmen Qeys Məmmədovun sürücüsü öldürülüb. ucarliyiq.biz-in məlumatına görə, “Şeş-beş” restoranlar şəbəkəsinin sahibi Məmmədovun sürücüsü güllələndikdən sonra onun meyiti Moskva çayına atılıb.

Məlumata görə, öldürülən sürücü onun rəisinin biznesi ətrafındakı çəkişmənin qurbanı olub. Q.Məmmədovu İstintaq Komitəsinin əməkdaşları dindiriblər, onun restoranlarında isə araşdırmalar aparılıb.

Artıq bir nəfər şübhəli saxlanılıb. Bildirilir ki, Məmmədov sürücüsünün öldürülməsinin planlaşdırılmasından xəbəri olub. Saxlanılan bir nəfər isə istintaqla əməkdaşlıqdan imtina edib. Bununla belə, istintaqçılar əmindirlər ki, qətl sifariş xarakterlidir.

İyul ayının 9-da Moskva çayında şübhəli paket tapılıb. Paketin işərisində isə qolları və ayaqları bağlı öldürülmüş şəxs tapılıb.
<iframe src="https://embed.life.ru/video/253e0ad24dd80c844e5ed1d0b3e68898" width="560" height="315" frameborder="0" allowfullscreen />