» » » Britaniyada hökumət başçısı təyin olundu

Britaniyada hökumət başçısı təyin olundu

Britaniyada hökumət başçısı təyin olundu

Böyük Britaniyanın baş naziri Devid Kemeronun istefasını kraliça Yelizeveta II qəbul edib. ucarliyiq.biz-in məlumatına görə, Bukinhem sarayından bildirilib ki, kraliça baş nazirinin istefasını "nəzakətlə qəbul edib". Kraliça Tereza Meyi hökümət başçısı edib. 

D. Kemeron əvvəl parlamentdə sonuncu dəfə baş nazir kimi çıxış edib. Daha sonra isə o, Bukinhem sarayında Yelizeveta II ilə görüşüb. Parlamentə çıxışı zamanı Kemeron bildirib ki, istefa verdiyi üçün peşman deyil.

Devid Kemeronu Mühafizəkarlar Partiyasının yeni lideri Tereza Mey əvəz edib. 59 yaşlı siyasətçi 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. "Dəmir ledi" Marqarit Tetçer hakimiyyətdən gedəndən 26 il (1979-1990) sonra krallıqda hökumətə yenidən qadın başçılıq edəcək.
.@Theresa_May arrives at Buckingham Palace for audience with the Queen https://t.co/K6pbNn362q https://t.co/rKe5JtJ7zn— BBC Breaking News (@BBCBreaking) 13 июля 2016 г.
A wave, an embrace and the Camerons depart Downing Street for final time https://t.co/PCCRxA03zG https://t.co/t4RWyZ5Gxe— BBC Breaking News (@BBCBreaking) 13 июля 2016 г.
Böyük Britaniyanın baş naziri Devid Kemeronun sözlərinə görə, referendumun nəticələrinin açıqlanmasından sonra ölkəyə yeni liderlər lazım olacaq. Bu səbəbdən o, istefaya getmək qərarına gəlib. Kemeron həmçinin qeyd edib ki, referendumun nəticələri britaniyalıların həyatında kəskin dəyişikliklərə səbəb olmayacaq.

Referendumda iştirak edən seçicilərin əsas hissəsi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. "Brexit"in (Böyük Britaniyanın Aİ-dən çıxma prosesi) tərəfdarlarının sayı 52% təşkil edib.

Kemeron Britaniyanın Aİ-yə üzv qalmasının tərəfdarı idi. O, iddia edirdi ki, britaniyalıların ölkənin Aİ-dən çıxmasına səs verməsi Avropadakı sülhü təhdid edə bilər.