» » » Ermənilərin ordumuza uduzduğu döyüş növü

Ermənilərin ordumuza uduzduğu döyüş növü

Ermənilərin ordumuza uduzduğu döyüş növü

"Erməni ordusuna dağlarda döyüşməyi bacaran dağ döyüşçüləri lazımdır". ucarliyiq.biz-in məlumatına görə, bu fikirləri xüsusi təyinatlı kəşfiyyatçıların bölmə komandiri, keçmiş kəşfiyyatçı Vova Vardanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, təəssüf ki, Ermənistan hərbi təhsil sistemi bu sahədə boşluğa yol verir:
Ermənilərin ordumuza uduzduğu döyüş növü


"Bu qoşun növündə çatışmazlıq Ermənistanda həmişə hiss olunurdu. Dağ döyüşçüləri qoşun növü bizim üçün çox əhəmiyyətlidir və yaralı yerimizdir. Bizə təkcə ümid etmək qalır ki, bu çatışmazlıq aradan qaldırılacaq", - deyə Vardanov qeyd edib.

Keçmiş kəşfiyyatçının dağ döyüçüləri ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan ordusunda dağlarda döyüşməyi bacaran hərbçilərin vəziyyəti ilə bağlı da suallar ortaya çıxarır. Bu sualların ortaya çıxmasının əsas səbəbi isə ordumuzun qarşı tərəflə olan mövqelərinin əsasən dağlıq ərazilər olması ilə bağlıdır.
Ermənilərin ordumuza uduzduğu döyüş növü
Azərbaycan ordusunda dağ atıcılığının vəziyyəti barədə ucarliyiq.biz-ə danışan Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti polkovnik Şair Ramaldanov bildirdi ki, milli ordunun dağlıq ərazilərində yerləşən bütün hərbi hissələrinin döyüş hazırlığında dağ atıcılığı proqramına xüsusi üstünlük verilir.

Onun sözlərinə görə, həmin ərazilərdəki hərbi hissələrdə bütün döyüş hazırlığı bu proqramlar vasitəsi ilə həyata keçirilir. Dağ döyüşçülərinin özlərinin xüsusi atışları, taktiki üsulları var. Bizim Goranboydan Qazağa qədər bütün hərbi hissələr dağlıq ərazilərdədir. Həmin hərbi hissələr yüksəkliklərdə olduğu üçün də, döyüş hazırlığı keçərkən üstünlük dağ atıcılığı olan fəaliyyətlərə verilir. Bunun üçün xüsusi döyüş proqramı da var. Bizim xidmət edən əsgərlər də döyüş hazırlığını məhz həmin proqramlar vasitəsi ilə aparırlar:
"Bundan başqa dağ döyüşçülərinin dağlarda istifadə etdiyi müəyyən təchizatlar var. Ordumuz həmin vasitələrlə də təmin edilib. Bunun üçün hərbi hissələrimizdə xüsusi bölük yaratmağa ehtiyac yoxdur. Çünki onsuz da, qeyd etdiyim ərazidəki bütün hərbi hissələrin əsgərləri bu təlimləri həyata keçirirlər. Ona görə də, bizim dağ atıcılığı döyüş növündə və dağ atıcılarında heç bir problem yoxdur".

Şair Ramaldanov bildirdi ki, qeyd edilən bu döyüş növü ilə yanaşı Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri də var ki, həmin hərbçilər daha da ixtisaslaşmış şəkildə sursatdan istifadə edə və kəşfiyyat-diversiya xarakterli təlimlər həyata keçirə bilirlər. 
Ermənilərin ordumuza uduzduğu döyüş növü
Polkovnik, erməni keçmiş kəşfiyyatçının ordularının bu sahədə çox geridə qalması ilə bağlı fikirlərə də münasibət bildirdi. Onun sözlərinə görə, Ermənistan ordusunda təkcə dağ atıcılığında deyil, bütün sahələrdə problemlər mövcuddur:
Ermənilərin ordumuza uduzduğu döyüş növü


"Qarşı tərəfin orduda insan resursları da heç kifayət qədər deyil. Onlar gecə postlarına da mülki vətəndaşları çıxarırlar ki, əsgərlər də bir az istirahət eləsin. Mən həmin fikirlərlə razıyam ki, onlarda bu sahə həddən artıq zəifdir".

Şair Ramaldanov onu da qeyd etdi ki, Azərbaycan ordusunun son 20 ildə apardığı hərbi təlimlərə nəzər yetirdikdə belə bir qənaətə gəlmək üçün, Azərbaycan ordusunun dağ atıcıları qarşı tərəfin diversiya qruplarını fəaliyyətlərinin qarşısını istənilən zaman almağa hazırdır.