» » » İlham Əliyev Zaqulbada Pyotr Poroşenko ilə görüşdü

İlham Əliyev Zaqulbada Pyotr Poroşenko ilə görüşdü

İlham Əliyev Zaqulbada Pyotr Poroşenko ilə görüşdü


10:39 / Urayna prezidentinin Bakıdakı görüşləri başlayıb


Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi qarşılanma mərasimi baş tutub.

ucarliyiq.biz-in Ukrayna prezidentinin rəsmi saytına istinadla verdiyi məlumata görə, prezident İlham Əliyev Pyotr Poroşenkonu  Zaqulbada yerləşən  iqamətgahında qarşılayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rəsmi qarşılanma mərasimində Ukraynanın və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Prezident Pyotr Poroşenko fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Pyotr Poroşenkoya, Ukraynanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Ukrayna prezidentləri rəsmi foto çəkdirdilər.

Şəkilçəkmə mərasimindən sonra Ukrayna və  Azərbaycan prezidentlərinin təkbətək görüşü  başlayıb. Görüşdən sonra Prezidentlər Şurasının 5-ci iclası keçiriləcək.