» » » Rusiyadan Qarabağdakı sürpriz nəticə barədə bəyanat

Rusiyadan Qarabağdakı sürpriz nəticə barədə bəyanat

Rusiyadan Qarabağdakı sürpriz nəticə barədə bəyanat

Bağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda hansısa xoşagəlməz sürprizlərdən söhbət gedə bilməz. ucarliyiq.biz-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi birifinq zamanı deyib.

Onun sözlərinə görə, əsas məsələ budur ki, Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesi regionda sülhlə başa çatsın.

“Elə etmək lazımdır ki, bütün komanda ümumi nəticəyə oynasın – növbəti dəfə qan tökülməsin və insan itkiləri olmasın.  İndi fəal danışıqlar gedir. Bu, uzun sürən bir prosesdir. İndi çox vacib məqamdır. Biz Bakıda və İrəvanda olduq. Heç kim itkilərin olmasını istəmir. Bizim də əsas məqsədimiz məhz budur”, - Zaxarova deyib.

XİN rəsmisinin sözlərinə görə, Qarabağ münaqişəsi üzrə danışırlar prosesi münaqişə tərəfinin yalnız bir tərəfi ilə aparılsaydı, bu çox təhlükəli olardı.

“Danışıqlar prosesində dövlət başçıları, nazirlər, hər iki tərəfdən ekspertlər iştirak edir. Onların hər şeydən xəbəri var. Ona görə də, bu prosesdə xoşagəlməz sürprizdən söhbət gedə bilməz”, - Zaxarova bildirib.

XİN rəsmisi həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı açıqlama verib

O deyib ki, hər hansı konstruktiv kömək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin xeyrinədir.