» » » İrəvandan Putin və Ruhaninin Bakı səfəri ərəfəsində təxribat

İrəvandan Putin və Ruhaninin Bakı səfəri ərəfəsində təxribat

İrəvandan Putin və Ruhaninin Bakı səfəri ərəfəsində təxribat

İran aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında aparılan intensiv danışıqlardan narahatdır. ucarliyiq.biz-in məlumatına görə, belə bir iddia ilə Ermənistanın “Aykakan Jamanak” qəzeti çıxış edib.

Qəzetin diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, İranı əsas narahat edən məqam işğal altında olan 5 rayonun Azərbaycana qaytarılmasıdır.
İrəvandan Putin və Ruhaninin Bakı səfəri ərəfəsində təxribat


“İran sərhədlərinin yaxınlığında bu cür dəyişikliklər ehtimalını öz maraqlarına uyğun gəlməyən hərəkət kimi dəyərləndirir və bu prosesə hər hansı təsir göstərməyə cəhd edir. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putinin avqust ayında Bakıya səfəri zamanı İran prezidenti Həsən Ruhani də orada olacaq. Gözlənildiyinə görə, o, bu məsələ ilə bağlı narahatlığını bildirəcək”, - deyə qəzet yazır.

Ermənistan mətbuatında bu iddia İran prezidenti Həsən Ruhani və onun rusiyalı həmkarı Vladimir Putinin Azərbaycana səfərinin tarixi açıqlandıqdan (səfər avqustun 8-də baş tutacaq-red.) sonra dərc edilib.
İrəvandan Putin və Ruhaninin Bakı səfəri ərəfəsində təxribat


Ümumilikdə, hər iki qonşu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Amma onların Ermənistanla da isti münasibətlərinin olması sirr deyil. Bu səbəbdən yazının İran və Rusiya prezidentlərinin Azərbaycan səfərindən əvvəl dərc edilməsi diqqət cəlb etməyə bilməz.

Politoloq Rasim Ağayev ucarliyiq.biz-ə açıqlamasında bildirib ki, İran barədə dərc edilən yazı politoloji uydurmadan başqa bir şey deyil.

“Bu yazı Azərbaycan və İran münasibətlərini gərginləşdirməyə hesablanıb. Belə iddiaların İran prezidentinin səfəri ərəfəsində ortaya atılması təsadüfi deyil. Əslində Dağlıq Qarabağ ətrafında aparılan intensiv danışıqlar İranı heç də narahat edə bilməz. Çünki münaqişə təzə başlanan vaxt Qərb dövlətləri və Rusiya açıq formada Ermənistanı dəstəklədiyi halda, Azərbaycan İranın dəstəyini hiss edirdi”, - deyə politoloq bildirib.
İrəvandan Putin və Ruhaninin Bakı səfəri ərəfəsində təxribat


Rasim Ağayev deyib ki, həmin vaxt Azərbaycanın Qarabağ çağırışlarına müsbət reaksiya verən dövlətlərdən biri də İran idi. “İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyir. Bu səbəbdən İran barədə belə bir iddiaların irəli sürülməsi reallığı əks etdirmir və təxribat xarakteri daşıyır”, - deyə politoloq bildirib.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə deyib ki, İranla Azərbaycan arasında işğal olunmuş toraqlarla bağlı müqavilələr var.

“Müqavilələr çərçivəsində Araz çayı üzərində bir neçə su qovşağı və bəndi, həmçinin hidroelektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Bu işğal faktı başa çatmasa, layihələri həyata keçirmək mümkün olmayacaq. Həmin stansiyaların inşası Cənubi Azərbaycanda bir çox ərazilərin suvarılması və elektrik enerjisi ilə təminatına təkan verəcək” , - deyən politoloq əlavə edib ki, ona görə də iqtisadi cəhətdən münaqişənin tez bir zamanda həll edilməsi İranın maraqlarına uyğundur.
İrəvandan Putin və Ruhaninin Bakı səfəri ərəfəsində təxribat
Aprelin əvvəlində cəbhə xəttində Azərbaycan və Ermənistan arasında baş verən silahlı toqquşma zamanı bir neçə dəfə Ermənistan ordusu tərəfindən atılan top mərmisi İran ərazisinə düşmüşdü. Ermənistanın bu addımı İran rəsmiləri tərəfindən kəskin etirazla qarşılanıb. Hətta İran Ermənistana mərmi qalmaqalına görə xəbərdarlıq da edib. 

Bu səbəbdən rəsmi Tehran öz sərhədində uzunmüddətli sülhün yaranmasında maraqlı olmalıdır. Çünki Azərbaycanın beynəlxalq nəzarətdən kənarda qalan işğal altında olan əraziləri İran üçün də böyük təhlükə yaradır. 

Həmin ərazilərdə narkotik maddələrin becərilmədiyinə, qeyri-qanuni əməllərin törədilmədiyinə və silah ticarətinin həyata keçirilmədiyinə heç kim təminat verə bilməz. Əlbəttə İran kimi böyük bir dövlətin sərhədlərində belə bir təhlükənin olması rəsmi Tehranı narahat etməyə bilməz. 
İrəvandan Putin və Ruhaninin Bakı səfəri ərəfəsində təxribat