» » » İlham Əliyev və Pyotr Poroşenko hansı dildə danışıblar?

İlham Əliyev və Pyotr Poroşenko hansı dildə danışıblar?

İlham Əliyev və Pyotr Poroşenko hansı dildə danışıblar?

Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko ilə İlham Əliyev rus dilindən istifadə etməyiblər.

ucarliyiq.biz-in məlumatına görə, iki ölkənin prezidenti rus dilini səlis şəkildə bilsələr də ana dillərində danışmağa üstünlük veriblər. Əliyev və Poroşenko tərcüməçilərdən istifadə edib.

Pyotr Poroşenko iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukraynanın prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
İlham Əliyev və Pyotr Poroşenko hansı dildə danışıblar?
Azərbaycan və Ukrayna 1991-ci ilə qədər Sovet birliyinin üzvü olub. Hansı ki, rəsmi dil rus dili olub.