» » » Fransa prezidenti xalqına müraciət etdi

Fransa prezidenti xalqına müraciət etdi

Fransa prezidenti xalqına müraciət etdi

"Nitsada yük maşınının Bastiliya Qalasının Alınması Günü  münasibəti ilə bayram tədbirinə toplaşmış kütləni əzib keçməsi nəticəsində 80 nəfər ölüb. Nitsa şəhərində baş vermiş hadisədən sonra Fransada fövqəladə vəziyyət 3 ay müddətində uzadılacaq".

ucarliyiq.biz-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland xalqa telemüraciətində deyib.

“Nitsada yük maşınının sürücüsü öldürmək, əzmək, məhv etmək niyyəti ilə 14 İyulu qeyd edən insan kütləsini əzib. Bu ana 80 nəfərin öldüyünü demək olar, onların arasında xeyli sayda uşaq var. İyirmiyədək insanın vəziyyəti kritikdir. Bu hücumun terror xarakterli olduğunu inkar etmək olmaz”, - deyə Olland qeyd edib.
Fransa prezidenti xalqına müraciət etdi
ABŞ lideri Barak Obama Fransada baş vermiş hadisələrin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri yardımların olunması təklifi ilə çıxış edib. Obama qeyd edib ki, ABŞ Fransanın yanındadır. "Nitsa hadisəsi dəhşətli terror aktıdır", - deyən prezident yaralılara şəfa diləyib.