» » » Fransadakı azərbaycanlılara xəbərdarlıq - uzaq durun!

Fransadakı azərbaycanlılara xəbərdarlıq - uzaq durun!

Fransadakı azərbaycanlılara xəbərdarlıq - uzaq durun!

Azərbaycan Xarici İşlər Nazirliyi Nitsada törədilmiş terror aktı ilə əlaqədar mətbuata açıqlaması yayıb. ucarliyiq.biz-in məlumatına görə, XİN Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyib. "Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.

Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır".

XİN hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırıb.
Fransadakı azərbaycanlılara xəbərdarlıq - uzaq durun!

Fransadakı azərbaycanlılara xəbərdarlıq - uzaq durun!

Fransadakı azərbaycanlılara xəbərdarlıq - uzaq durun!

Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 80 nəfərə çatıb. Hadisə nəticəsində yaralı sayı isə 120 nəfərdir. ucarliyiq.biz-in yerli Fransa mətbuatına istinadən verdiyi məlumata görə, onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub. Məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. 

Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə yük maşını insanların üstünə sürülüb. Daha sonra bayram tədbirinə toplananlara atəş açılıb.