» » » Fransada ölən-yaralananlar arasında azərbaycanlı yoxdur

Fransada ölən-yaralananlar arasında azərbaycanlı yoxdur

Fransada ölən-yaralananlar arasında azərbaycanlı yoxdur

“Ən son məlumatlara görə, Nitsada baş vermiş terror aktı zamanı ölənlər və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur. Hazırda dəqiqləşdirmə aparmaq üçün burada olan azərbaycanlılarla əlaqə qurmağa çalışırıq”. 

Bu sözləri ucarliyiq.biz-ə Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva deyib. Onun sözlərinə hadisə zamanı ərazidə yaxın ərazilərdə həmyerlilərimiz olsa da, terror aktı törədilən küçədə heç bir azərbaycanlı olmayıb.
Saat 09:23

Nitsada törədilən terror aktında azərbaycanlıların xəsarət alıb-almaması haqda məlumatlar dəqiqləşdirilir.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib. 

Azərbaycanın Xarici İşlər Nazirliyindən də ucarliyiq.biz-ə verilən məlumata görə, yerli hakimiyyət orqanları ilə araşdırma aparılır. 

Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 80 nəfərə çatıb. Hadisə nəticəsində yaralı sayı isə 120 nəfərdir. ucarliyiq.biz-in yerli Fransa mətbuatına istinadən verdiyi məlumata görə, onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub. Məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. 

Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə yük maşını insanların üstünə sürülüb. Daha sonra bayram tədbirinə toplaşanlara atəş açılıb.