» » » Silahlı Qüvvələrimizin "hərəkətə keçməsi" barədə rəsmi açıqlama

Silahlı Qüvvələrimizin "hərəkətə keçməsi" barədə rəsmi açıqlama

Silahlı Qüvvələrimizin "hərəkətə keçməsi" barədə rəsmi açıqlama

"Ermənistan mətbuatının iyulun 14-də axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin hərəkətə keçmək cəhdi barədə yaydığı məlumat təxribatdır və düşmən tərəfinin vəziyyəti gərginləşdirməyə hesablanmış növbəti addımıdır".

Bu fikirləri Müdafiə Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-in sorğusunu cavablandırarkən bildiriblər. Məlumata görə, təəssüf doğuran odur ki, erməni tərəfi öz təxribatlarını ört-basdır etmək və yaydığı məlumatların təsir gücünü artırmaq məqsədilə Azərbaycan elektron informasiya vasitələrinin, konkret olaraq isə haqqın.az saytının qeyri-dəqiq və anonim mənbəyə istinadən verdiyi xəbərdən uğurla istifadə edib.

Bir daha bildiririk ki, hərbi mövzuda, xüsusilə cəbhə xəttində baş verən hadisələrlə bağlı, istənilən məlumatı yaymazdan əvvəl həmin xəbər mütləq mənada Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməli və dövlətimizin təhlükəsizlik maraqlarına xələl gətirməməlidir.