» » » "Azərbaycan və Qarabağ bizi gözləsin"

"Azərbaycan və Qarabağ bizi gözləsin"

"Azərbaycan və Qarabağ bizi gözləsin"

İraqın Kərkük şəhərində İŞİD-ə qarşı döyüşən "Haşdi Eş Şabi" birliyinə bağlı türkmən könüllülərindən ibarət polis qüvvələrinin 16-cı Tağım Komandanlığı tərəfindən Amirli bölgəsində terrorçulara qarşı əməliyyatlar təşkil edilib. Əməliyyatlara Azərbaycan bayraqları ilə qatılan türkmənlər İraqı İŞİD-dən təmizlədikdən sonra Qarabağı azad etməyə hazır olduqlarını da deyib. 

ucarliyiq.biz-in Türkiyənin "haberler.com" saytına istinadən verdiyi məlumata görə, əməliyyatlarda iştirak edən türkmən döyüşçülərdən bəziləri Azərbaycan bayrağı və üzərində Qarabağ yazılmış şərflər bağlayıb.

Hazırda Kərkük ətrafında İŞİD-ə qarşı əməliyyatları davam etdirən könüllü türkmən Polis qüvvələri  teror qruplaşmasının Amirli qəsəbəsinə hücum edəcəyi barədə kəşfiyyat məlumatları aldıqdan sonra Samarrada yerləşən Zerge çayını keçərək, Kərkük ətrafında əməliyyatlara başlayıb. 8 saat davam edən əməliyyatlar uğurlu nəticələnib.
"Azərbaycan və Qarabağ bizi gözləsin"
İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyatlardan sonra danışan 16-cı türkmən alay komandiri Ebu Tayir İŞİD hücumları nəticəsində çoxlu sayda şəhid verdiklərini, onların qanlarının yerdə qalmaması naminə döyüşməyi qərara aldıqlarını söyləyib.

Çıxışının sonunda o, Azərbaycan xalqına salam göndərib.
"Azərbaycan və Qarabağ bizi gözləsin"
"Amirli ətrafından ucalan bu dağlardan Azərbaycmn xalqına İraq Türkmənlərindən salam göndəririk. Biz Azərbaycandan çox razıyıq. Azərbaycan parlamenti türkmənlərin çəkdiyi əzabları müzakirəyə çıxardı. Qəhraman Azərbaycan xalqına salam olsun. İnşallah tezliklə Azərbaycan xalqı və igidləri ilə orada uğurlu əməliyyatlar keçirərik".
"Azərbaycan və Qarabağ bizi gözləsin"
Türkəmən döyüşüçülərindən olan Seyyid El Şuheda və Tuqay komandiri Cevdet Asaflı erməni terrorundan xilas olmaq üçün köməyə hazır olduqlarını da deyib. 
Azərbaycan bayraqları ilə döyüşə qatılan əsgərlər "Azərbaycan və Qarabağ bizi gözləsin! Sizə kömək etmək üçün şəhid olmağa gələcəyik"- deyə şüarlar səsləndiriblər.
Watch video!