» » » Şoyqudan Qarabağda yeni müharibə xəbərdarlığı

Şoyqudan Qarabağda yeni müharibə xəbərdarlığı

Şoyqudan Qarabağda yeni müharibə xəbərdarlığı

“Mərkəzi Asiyada və Cənubi Qafqazda yeni hərbi münaqişələrin yaranması ehtimalı qalır”.

ucarliyiq.biz-in məlumatına görə, bu sözləri  Rusiyanın müdafiə naziri Serqey Şoyqu Suriyanın Silahlı Qüvvələrinə həsr olunan konfransda deyib.
Şoyqudan Qarabağda yeni müharibə xəbərdarlığı


Şoyqu sözlərini dünyada baş verən hadisələrin inkişafı ilə əsaslandırıb. Rusiya rəsmisi münaqişələrin Suriyadakı müharibədən qaynaqlana biləcəyini deyib.

Şoyqu deyib ki, Rusiyanın Müdafiə Nazirliyi Suriya ordusunun döyüş bacarığının  bərpa edilməsi üçün təlimlər təşkil edilir.

“Bu şərtlər altında Rusiya potensial təhdidlərə qarşı adekvat reaksiya verməyə məcbur olacaq”,-deyə Rusiya rəsmisi bildirib. 
Şoyqudan Qarabağda yeni müharibə xəbərdarlığı
Mərkəzi Asiyada qaynar münaqişə zonası olmasa da müxtəlif dövrlərdə  Özbəkistan və Qırğızıstan arasında gərginliklər yaşanıb.

Həmçinin Mərkəzi Asiyada gələcək dövrlərdə su qıtlığının olacağı ehtimal edilir. Ona görə də ölkələrin bir-birinə qarşı “su müharibəsi” elan etməsi ehtimal edilə bilər. 
Şoyqudan Qarabağda yeni müharibə xəbərdarlığı
Mərkəzi Asiyadan fərqli olaraq  Cənubi Qafqazda Gürcüstan- Abxaziya, Gürcüstan- Osetiya və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişələri var.

Həmçinin Rusiya və Gürcüstan arasında 2008-ci ildə genişmiqyaslı silahlı toqquşma baş verib. Hazırda Cənubi Qafqazda ən qaynar münaqişə zonası Dağlıq Qarabağdır.Çünki Ermənistan qoşunları hələ də Azərbaycan torpaqlarında qalmaqdadır. Bu isə hər an yeni müharibənin başlana biləcəyini deməyə əsas verir.