» » » Fransua Olland: Yaralı 50 nəfərin vəziyyəti çox ağırdır

Fransua Olland: Yaralı 50 nəfərin vəziyyəti çox ağırdır

Fransua Olland: Yaralı 50 nəfərin vəziyyəti çox ağırdır

Fransanın Nitsa şəhərində terror aktı nəticəsində 84 nəfər ölüb, yaralı 54 nəfərin isə vəziyyəti çox ağırdır. ucarliyiq.biz-in məlumatına görə, bunu Fransa Prezidenti Fransua Olland deyib. Fransanın lideri terror qurbanlarının arasında kifayət qədər xarici vətandaş olduğunu deyib.
Fransua Olland: Yaralı 50 nəfərin vəziyyəti çox ağırdır


Onun sözlərinə görə, Fransa ağır dönəm yaşayır. “Bütün sınaqlardan keçə biləcək bir ölkəyik”, - Olland deyib.

Nitsada terror aktı ilə bağlı müşavirə keçiriləcək. Təhlükəsizlik səbəbindən, prezident və baş nazir Parisdən Nitsaya iki ayrı təyyarədə yollanıblar.
Ötən gecə Nitsa şəhərində Bastiliyanın alınması bayramı şərəfinə keçirilən tədbirdə insanların ölümü ilə nəticələnən hadisə baş verib. İnsident yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 01:30-da) şəhərin dənizkənarı bulvarında yaşanıb. Yük maşını insanların üstünə gələrək çırpıldıqdan sonra, atəş səsləri eşidilib.