» » » Rusiyada polisi öldürən azərbaycanlıya 24 il iş verildi

Rusiyada polisi öldürən azərbaycanlıya 24 il iş verildi

Rusiyada polisi öldürən azərbaycanlıya 24 il iş verildi

Moskva məhkəməsi polisi qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Nemət Rəşidovu 24 il müddətinə azadlıqdan məhrum edib.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının istintaq Komitəsi məlumat yayıb.
Rusiyada polisi öldürən azərbaycanlıya 24 il iş verildi


"Rusiya Federasiyası İstintaq komitəsinin Baş istintaq idarəsinin Moskva şəhəri üzrə sübutlar hökmün çıxarılması üçün toplanmış kifayət qədər Nemət Rəşidova məhkəmə tərəfindən tanınıb. Məhkəmənin hökmü ilə Nemət Rəşidova cəzası 24 il azadlıqdan məhrumetmə cəzası təyin edilib", - komitənin məlumatında deyilir.
2015-ci il mayın 27-də gecə saat 03:00 radələrində polis əməkdaşları cinayətkarın olduğu "Qazel" avtomobilini təqib ediblər.

N.Rəşidov Moskvada ödəniş terminalını oğurlayaraq hadisə yerindən uzaqlaşmağa çalışıb. Onun olduğu avtomobil patrul maşınları tərəfindən saxlanılsa da, N.Rəşidov meşə massivində gizlənməyə imkan tapıb.

Polislər cinayətkarı saxlamağa çalışarkən N.Rəşidov onlardan birinə ən azı 3 bıçaq xəsarəti yetirib. Həmin polis əməkdaşı hadisə yerində dünyasını dəyişib.