» » » TRT hərbçilərdən tam azad olundu

TRT hərbçilərdən tam azad olundu

TRT hərbçilərdən tam azad olundu

Bir müddət əvvəl çevrilişə cəhd edən qüvvələrin müdaxiləsi ilə TRT kanalı fəaliyyətin dayandırıb. ucarliyiq.biz-in məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın xalqa səslənməsindən sonra, sakinlər küçələrə axışaraq hökumətə dəstək nümayiş etdirib. Bundan sonra insanlar toplaşaraq TRT kanalı ətrafında birləşiblər.
Nəticədə dövlət telekanalının binası çevriliş etməyə cəhd etmiş hərbçilərdən azad olunub. Yerli KİV-lərin məlumatına əsasən, binada 4 hərbçi olub.

ucarliyiq.biz-in məlumatına görə, "Kanal 7" televiziyasında elan olunan xəbərdə bir neçə saat əvvəl bəyanatı oxuyan aparıcı çıxış edib. Aparıcı deyib ki, bəyanatı  təziq altında oxuyub. “Mən məcbur olub o bəyanatı oxudum. Allaha şükür edirəm ki, başımıza heç bir hadisə gəlmədi”, - deyə aparıcı bildirib.
Bir neçə saat əvvəl Türkiyənin dövlət televiziyası üsyançı hərbçilər tərəfindən ələ keçirilmişdi. Aparıcı canlı yayımda hakimiyyət çevrilişini elan etmişdi. Hazırda azad olunan TRT telekanalında bayram elan edilib.