» » » "Ərdoğan müraciət etsə onu qəbul edərik"

"Ərdoğan müraciət etsə onu qəbul edərik"

"Ərdoğan müraciət etsə onu qəbul edərik"

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyədə baş verənlər barədə şərh edib. ucarliyiq.biz-in məlumatına görə, Peskov bildirib ki, Rusiya Rəcəb Tayyib Ərdoğanı qəbul edə bilər.

“Dəqiqliyi ilə demək olmaz amma əgər müvafiq müraciət olarsa, baxılacaq”. Mətbuat katibi qeyd edib ki, Putin nə Ərdoğanla nə də ki, hərbçilər ilə ünsiyyətdə olmayıb.
Herkes izlesin #Turkey #world #istanbul #cnn pic.twitter.com/cZPbwyRsAO— Hüseyin KAZAN (@hsynkzn) 15 июля 2016 г.
Türkiyədə hərbi çevriliş zamanı 17 polis əməkdaşı şəhid olub. ucarliyiq.biz-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Ankarada havadan Gölbaşı Özəl Hərəkət Dairə Başqanlığına endirilən zərbə nəticəsində 17 polis həlak olub. 

İstanbulun bir çox yerində insanlar küçələrə çıxaraq orduya etiraz edirlər.Ankarada Baş Qərargah qarşısında və İstanbul Polis İdarəsinin qarşısında əhalinin tankların üzərinə çıxaraq, hərbi çevrilişə etiraz etdiyi bildirilir.

İstanbulda Boğaz körpüsündə helikopterdən vətəndaşlara atəş açılıb. 10-na yaxın insanın yaralandığı bildirilir.