» » » Ərdoğanın evi önündə atışma: ölən və yaralılar var

Ərdoğanın evi önündə atışma: ölən və yaralılar var

Ərdoğanın evi önündə atışma: ölən və yaralılar var

Türkiyədə ötən gecədən başlanan uğursuzluqla nəticələnən çevrilişçi həmləsindən sonra qurbanların sayı durmadan artır. ANS-in Türkiyə bürosundan verilən məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın evi önündə atışma baş verib. Nəticədə 1 polis məmuru ölüb.

Müxbir Pərviz Sultansoyun məlumatına görə, Ankarada partlayış baş verib. Hələlik ölən və yaralılardan məlumat verilməyib. Polis sakinlərin evlərinə qayıtmasını tələb edib.

Məlumata görə, xəstəxanalara yerləşdirilmiş yaralıların sayı 100-2 keçib. 600 nəfər çevrilişçi hərbçinin həbs edildiyi bildirilib. Bir çoxlarının könüllü şəkildə polisə təslim olduğu da xatırlanıb.