» » » Ərdoğan orduda "təmizləmələrə" başlayıb

Ərdoğan orduda "təmizləmələrə" başlayıb

Ərdoğan orduda "təmizləmələrə" başlayıb

Elvin Məmmədov
16 İyul, 2016 Şənbə
Baxılıb
167


9:31 / 200-dən çox hərbçi həbs edildi


Türkiyə polisi 16 əsgərin öldürülməsi barədə məlumat yayıb.

ucarliyiq.biz-in “milliyət” saytına istinadla verdiyi məlumata görə, əməliyyat Jandarma Ümumi Komandirliyində həyata keçirilib.

Həmçinin 200 nəfərin həbs edildiyi bildirlir.

Silahlı toqquşmanın sona çatmaq üzrə olduğu barədə də məlumatlar yayılıb.

9:28 / Baş nazir məlumatı təsdiqlədi


Türkiyə dövlət çevrilişinə cəhd edən ordu rəsmilərinin həbsinə başlanılıb.

 

ucarliyiq.biz-in Türkiyə mətbuatına  istinadla verdiyi  məlumata  görə, artıq  Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki saxlanılıb.

Hələ də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın yeri məlum olmadığı üçün onun vəzifəsini icra etmək başqa generala tapşırılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi vəzifəsini icra etmək üçün I Ordu Komandanı, ordu general Ümit Dündar təyin edilib.

Bu barədə Türkiyənin baş naziri Binali Yıldırım TRT-də çıxışı zamanı deyilib. 
Ərdoğan orduda "təmizləmələrə" başlayıb