» » » AZAL Türkiyəyə uçuşları dayandırdı

AZAL Türkiyəyə uçuşları dayandırdı

AZAL Türkiyəyə uçuşları dayandırdı

Bu gün Bakıdan Türkiyəyə yola düşməli olan bütün reyslər ləğv edilib. ucarliyiq.biz-in məlumatına görə, bu barədə AZAL-ın mətbuat xidmətinin başçısı Paşa Kəsəmənski bildirib.

 

Onun sözlərinə görə, reyslər bu gün səhər Bakıdan İstanbula və Ankaraya həyata keçirilməli idi. Qurum rəsmisi deyir ki, reyslərin nə vaxt bərpa ediləcəyi hələlik məlum deyil.

 

Şənbə gününə keçən gecə Türkiyədə hərbi çevriliş cəhdi göstərilib. Türkiyənin İstanbul və Ankara şəhərlərində qoşunlar və zirehli texnika küçələrə çıxarılıb. Hətta, İstanbulda yerləşən Atatürk hava limanının ələ keçirilməsi cəhdi barədə xəbər də yayılmışdı.

İnsidentlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNNTürk telekanalında telefon vasitəsilə açıqlamalar verib.

Ərdoğan deyib ki, o, Türkiyə respublikasının prezidentidir və xalqa müraciət edərək, küçələrə axışmağı və hərbçilərə müqavimət göstərməyi xahiş edib.

O bildirib ki, bu çevrilişi edənlərin hamısı cəzalandırılacaq.
Все свои заявления Эрдоган делает по Skypehttps://t.co/KKaDAIkmdr
Видео: @hsynkzn pic.twitter.com/RhhmUFElju— РИА Новости (@rianru) 15 июля 2016 г.