» » » XİN Türkiyədəki azərbaycanlılara çağırış etdi

XİN Türkiyədəki azərbaycanlılara çağırış etdi

XİN Türkiyədəki azərbaycanlılara çağırış etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyədə yaşayan azərbaycanlılara müraciət edib. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ucarliyiq.biz-ə açıqlamasında deyib.

"Azərbaycanın diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda Türkiyədə olan vətəndaşlarımıza tövsiyyə edirik ki, Türkiyə hökümətinin müəyyən etdiyi təhlükəsizlik qaydalarına riayət etsinlər və kütləvi yerlərdən kənar dursunlar", - deyə Nazirliyin rəsmisi qeyd etdi.
XİN Türkiyədəki azərbaycanlılara çağırış etdi
Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı bir sıra dünya ölkələrinin Xarici İşlər Nazirliyi, o cümlədən, Avstriya və İranın da XİN-yi Türkiyədə olan əhalisinə müraciət edərək, insanların toplaşdığı ərazilərdə olamamağı məsləhət görüblər. 
XİN Türkiyədəki azərbaycanlılara çağırış etdi


Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. Ərdoğan hazırda da ölkənin rəhbəri olduğunu bildirib.

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyənədək, rəsmi olaraq 336 nəfər həbs edilib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm iki dəfə çoxdur - 734. 

Ən son məlumatlar görə, Türkiyədəki hərbi çevrlişə cəhdin qarşısı alınıb və 194 əsgər öldürülüb.