» » » Ərdoğana yaxın adamın qardaşı üsyançılar tərəfindən öldürülüb

Ərdoğana yaxın adamın qardaşı üsyançılar tərəfindən öldürülüb

Ərdoğana yaxın adamın qardaşı üsyançılar tərəfindən öldürülüb

Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi Mustafa Varankın  qardaşı dövlət çevrilişinə cəhd edən hərbçilər tərəfindən öldürülüb.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə Ədalət və İnkişaf Partiyasının Ankara şəhərindən olan millət vəkili Yalçın Akdoğan öz "Twitter" səhifəsində yazıb.

“Sevimli dostum Mustafa Varankın qardaşı üsyançı hərbçilər tərəfindən öldürülüb”. 
Sevgili dostum Mustafa Varank'ın darbeci alçakların şehit ettiği abisine de yüce Allah'tan rahmet diliyorum— Yalçın Akdoğan (@Y_Akdogan) July 16, 2016
Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə dövlət çevrilişinə cəhd olduğunu qeyd edib. 

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını deyirlər. Rəsmi olaraq 1563 nəfər həbs edilib. 

Türkiyədə ümumilikdə 194 nəfər həyatını itirib (90 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.