» » » Melih Gökçek: "Rusiyayla münasibətləri bu alçaqlar korladılar"

Melih Gökçek: "Rusiyayla münasibətləri bu alçaqlar korladılar"

Melih Gökçek: "Rusiyayla münasibətləri bu alçaqlar korladılar"

Türkiyədə çevrilişə cəhd edənlər arasında Rusiyanın “Su-24” təyyarəsini vurmuş pilotlardan biri olub. ucarliyiq.biz-in məlumatına görə,  bu barədə Ankara  meri Melih Gökçek xəbər verib.

Onun sözlərinə görə, pilot Fətullah Gülənin təşkilatının üzvü olub. Bu təşkilatın fəaliyyətini rəsmi Ankara "paralel dövlət" adlandırır. Daha əvvəl prezident Ərdoğan qiyamın təşkilində Gülən tərəfdarlarını ittiham edib. ABŞ-da yaşayan Fətullah Gülən bu ittihamları rədd edib.
"Məhz "paralel dövlət" Rusiyayla bizim münasibətlərimizi korladı. Bu hadisədə (təyyarəylə bağlı) bu strukturun pilotlarından biri iştirak edirdi, yüz faiz deyirəm. O, qiyamın iştirakçılarından biridir. Bu günə qədər biz bunu  səsləndirmirdik, özümüzdə saxlayırdıq. Amma mən, Melih Gökçek deyirəm ki, bizim Rusiyayla münasibətləri bu alçaqlar korladılar", - deyə CNN Turk telekanalının efirində mer bildirib.

O əlavə edib ki, "paralel dövlət" beynəlxalq səhnədə Türkiyəni təcrid etmək fikrində idi. "Dünən mənim Rusiyadan qonağım var idi – Putinin məsləhətçisi. O, da həmin fikirdıdir", - deyə məsləhətçinin adını dəqiqləşdirməyən Gökçek bildirib.

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. Ərdoğan hazırda da ölkənin rəhbəri olduğunu bildirib.

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyənədək, rəsmi məlumata görə, 2839 nəfər həbs olunub.

Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.