» » » Sakaşvili Türkiyədən danışdı: "Putin üçün pis bitəcəyini bildirmişdim"

Sakaşvili Türkiyədən danışdı: "Putin üçün pis bitəcəyini bildirmişdim"

Sakaşvili Türkiyədən danışdı: "Putin üçün pis bitəcəyini bildirmişdim"

Sabiq Gürcüstan prezidenti, Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili Türkiyədə baş verən hərbi çevrilişə reaksiya verib. ucarliyiq.biz-in məlumatına görə, eks prezident bu barədə  öz "Facebook" səhifəsində yazıb. 

Saakaşvili baş verən hərbi çevrilişə biganə qalmayaraq Türkiyəyə dəstək nümayiş etdirib.

“Biz yuxusuz gecə keçirdik, amma çevrilişin lap əvvəlindən mən bunun hərbçilər və Putin üçün pis bitəcəyini bildirmişdim. Bu demokratiya və bizim müttəfiqliyimiz Türkiyə üçün yaxşıdır” , - deyə  Saakaşvili yazıb.

Sakaşvili Türkiyədən danışdı: "Putin üçün pis bitəcəyini bildirmişdim"


Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə dövlət çevrilişinə cəhd olduğunu qeyd edib. 

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını deyirlər. Rəsmi olaraq 1563 nəfər həbs edilib. Türkiyədə ümumilikdə 194 nəfər həyatını itirib (90 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.