» » » NATO-dan Ərdoğana daha bir dəstək

NATO-dan Ərdoğana daha bir dəstək

NATO-dan Ərdoğana daha bir dəstək

NATO Türkiyədəki hərbi çevrilişələ bağlı daha bir açıqlama yayıb.

ucarliyiq.biz-in məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, türk xalqının hökumətə verdiyi dəstəkdən məmnundurlar:

“Biz Türkiyə müxalifətinin və xalqının hökumətə verdiyi dəstəyi alqışlayırıq”. Yens Stoltenberq gecə saatlarında da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxlayıb. Söhbət zamanı katib Türkiyədəki hadisələri yaxından izlədiyini bildirib. Nazir də öz növbəsində qüvvələrə səslənərək, onları təmkinli və sakit olmağa çağırıb.
I have spoken to SACEUR Gen Scaparrotti. He confirms that all #NATO personnel and units in #Turkey are safe and secure— Jens Stoltenberg (@jensstoltenberg) July 16, 2016
I welcome the strong support shown by the people and all political parties to democracy and to the democratically elected gov of #Turkey— Jens Stoltenberg (@jensstoltenberg) July 16, 2016
Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyədək rəsmi məlumata görə, 2839 nəfər həbs olunub.

Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.

Dövlət çevrilişinə cəhddən sonra 2700 hakim vəzifəsindən azad edilib. 
NATO-dan Ərdoğana daha bir dəstək