» » » Türkiyə hadisələri Azərbaycan layihələrinə təsir etdi

Türkiyə hadisələri Azərbaycan layihələrinə təsir etdi

Türkiyə hadisələri Azərbaycan layihələrinə təsir etdi

Türkiyədə baş verən məlum hadisələr Azərbaycandan bu ölkəyə neft-qaz nəqlinə təsir etməyib. Bu barədə rəsmi qurumlar açıqlama verib. Onlar bütün işlərin plana uyğun getdiyini deyirlər.

Baş verən hadisələrdən sonra diqqət Bosfor və Dardanel boğazlarına yönəlib. Hadisələrdən dərhal sonra hökumət təhlükəsizlik tədbiri olaraq boğazları tankerlərin keçidi üçün bağlamışdı. Bu isə neftin qiymətində artıma səbəb olub.

Mütəxəssislər Bosfor və Dardanel vasitəsilə daşınan neftin həcminin ümumi bazarda payının heç 3% də olmadığını bildirir. Bu səbəbdən də qiymətə sadəcə psixoloji təsirdən söhbət gedir. Boğazlar vasitəsilə əsasən Rusiya və Qazaxıstandan xam neft, Rumıniyadan isə neft məhsulları daşınır. Hökumət qüvvələri körpüləri qiyamçılardan təmizlədikdən sonra artıq Bosfor boğazı tankerlərin keçidi üçün açılıb.

Türkiyə ərazisi ilə Azərbaycandan neft və qaz da nəql olunur. Dövlət Neft Şirkətindən bildirdilər ki, baş verən hadisələr Türkiyə ərazisindəki kəmərlərin işinə təsir etməyib. BP Azərbaycan şirkətindən qeyd etdilər ki, nə Bakı-Tiflis-Ceyhan neft kəmərinin,nə də Bakı-Tiflis-Ərzurum qaz kəmərinin işində problem yaranıb. neft və qaz nəqli davam edir.

Vaxtilə Bakı-Tiflis-Ceyhan kəmərinin təhlükəsizliyini təmin etmiş keçmiş hərbçi Məsut Hakkı Çaşın hesab edir ki, baş verən hadisələr heç bir enerji layihəsinə təhlükə yaratmır. Türkiyə dövləti öz öhdəliklərini yerinə yetirir.

Qardaş ölkə ilə Azərbaycanı neft-qaz kəmərlərindən başqa Bakı-Tiflis-Qars dəmir yolu layihəsi də birləşdirir. Burda da işlərin plana uyğun getdiyi bildirilir.