» » » Türkiyənin ordu generalı həbs olundu

Türkiyənin ordu generalı həbs olundu

Türkiyənin ordu generalı həbs olundu

Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs edilib. ucarliyiq.biz-in məlumatına görə, ordu generalı A.Huduti və Ordu Qərargahının rəisi general-mayor Avni Angun hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.

Hərbçilər  gün ərzində həbs edilən ən yüksək rütbəli zabitlərdir. Malatya qarnizonunun komandanı, general Avni Anqundən əlavə  2 general da həbs edilib. Malatyada keçirilən əməliyyatda mayor Fatih Kılınç öldürülüb.

Qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriya istiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var. 
Türkiyənin ordu generalı həbs olundu
Dövlət çevrilişinin qarşısı alındıqdan sonra ölkədə 2900 hərbçi həbs edilib, 2745 hakim və prokuror vəzifəsindən azad olunub. Türkiyə prezidenti isə əhalini küçələrə çıxmağa çağırıb.
VIDEO: Footage of helicopter firing against ground targets in #Ankara #Turkey. - @aletweetsnews pic.twitter.com/myUbtQXnRP— Conflict News (@Conflicts) 15 июля 2016 г.