» » » Türkiyədə baş çavuş üsyançılar tərəfindən belə aldadılıb

Türkiyədə baş çavuş üsyançılar tərəfindən belə aldadılıb

Türkiyədə baş çavuş üsyançılar tərəfindən belə aldadılıb

“Mənim heç nədən xəbərim olmayıb. Bizə dedilər ki, axşam təlim ola bilər. Təlim üçün həyəcan siqnalı verilə bilər dedilər. Ondan sonra olanları  biz hər zaman olduğu kimi sadəcə təlim hesab etdik. Biz hərbi ləvəzimatlarımızı aldıq”.

ucarliyiq.biz-in məlumatına görə, bu sözləri Türkiyədə dövlət çevrilişinə cəhd edən adı açıqlanmayan baş çavuş həbs edildikdən sonra üsyançılar tərəfindən necə aldadıldıqlarını etiraf edərkən deyib.
Türkiyədə baş çavuş üsyançılar tərəfindən belə aldadılıb


O bildirib ki, silahları götütürdükdən sonra onlardan qabaq bir qrup şəhərə çıxıb.

“Biz də silahlarımızı yüklədik. Amma həmin vaxt ard-arda  bu sualları verirdik: Nə olub? Biz niyə silahlanırıq?  Daha sonra fikirləşdik ki, bizə xəbər verilmədən terror əməliyyatı başlayır. Bizə dedilər ki, gedirik. Mənim heç bir şeydən xəbərim yoxdur”,- deyə həbrçi bildirib.

Baş çavuş deyib ki, o, tankçıdır  və Boğaziçi  körpüsünün üzərinə gəldikdən sonra tankdan düşüb təslim olub. 
Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyənədək, rəsmi məlumata görə, 2839 nəfər həbs olunub.

Türkiyədə ümumilikdə 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.