» » » Ərdoğanın öldürülməsindən sonrakı plan

Ərdoğanın öldürülməsindən sonrakı plan

Ərdoğanın öldürülməsindən sonrakı plan

Türkiyədə dövlət çevrilişinə uğursuz cəhddən sonra baş vermiş qanlı hadisənin təfərrüatları yavaş-yavaş işıq üzünə çıxmağa başlayır. Xəbər verdiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirdiyi mətbuat konfransında bildirdi ki, dövlət çevrilişinə cəhd edən hərbçilər onun Marmaris şəhərində qaldığı hoteli bombalayıblar.
Ərdoğanın öldürülməsindən sonrakı plan


ucarliyiq.biz-in məlumatına görə, İHA agentliyi xəbər verir ki, FETÖ (Fətullah Gülən və onun tərəfdarlarına verilən ad – red.) təşkilatına üzv hərbçilər Marmarisdə Ərdoğanı öldürməyi planlaşdırmışdılar.

Belə ki, iyulun 15-də özlərinə Yurdda Sülh Şurası adını verən bir qrup hərbçi Ərdoğanı hoteldə öldürərək ölkəni xaosa sürükləmək istəyirdi.

Hürriyet qəzeti isə yazır ki, Türkiyə prezidentinin qaldığı hotelə basqın edən maskalı hərbçilər “bordo bereli”lər olub. Onların hamısı həbs edilib.

İyulun 15-də axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib. Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.
Ərdoğanın öldürülməsindən sonrakı plan
Ankarada isə helicopter və qırıcılar havaya qaldırılıb, dövlətin strateji binaları atəşə tutulub. Baş Qərargah rəisi Hulusi Kılıç və bir neçə general, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi dövlət çevrilişinə cəhd edən hərbçilər tərəfindən girov götürülüb.
Ərdoğanın öldürülməsindən sonrakı plan


Hərbçilər TRT kanalının binasını ələ keçirərək burada canlı yayımda Türkiyə Silahlı Qüvvələrinin qondarma bəyanatının (Hökumət artıq Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altındadır) elan olunmasını məcbur ediblər.

Bəzi kütləvi informasiya vasitələrində xəbərlər yayıldı ki, prezident Rəcəb Tayyib Ərdoğan ölkədən qaçıb. Lakin gecə saatlarında Ərdoğan CNNTürk telekanalında canlı yayımda skayp vasitəsilə bağlantı yaradaraq xalqa çağırış edib. O deyib ki, president və ali baş komandan olaraq xalqı dövlət çevrilişinin qarşısını almaq üçün meydanlara və hava limanlarına axın etməyə çağırıram.

Prezidentin bu çağırışından sonra xalq meydanlara çıxıb və hərbçilərlə toqquşmalar olub. Nəticədə 265 nəfər həyatını itirib. Öldürülən insanların 161 nəfəri mülki şəxsdir, 104 nəfər isə çevrilişə cəhddə iştirak edənlərdir. Xalqın iradəsi nəticəsində dövlət çevrilişinin qarşısı alınıb.
Ərdoğanın öldürülməsindən sonrakı plan
Bundan sonra Türkiyə Silahlı Qüvvələrinə kütləvi həbslər başlayıb. Onlarla general və zabit, 2745 hakim və prokuror saxlanılıb. Dövlət çevrilişinə cəhd edənlərin həbs edilməsi üçün Türkiyə polisi tərəfindən əməliyyatlar davam edir.