» » » Con Kerri yayılan Türkiyə iddialarına cavab verdi

Con Kerri yayılan Türkiyə iddialarına cavab verdi

Con Kerri yayılan Türkiyə iddialarına cavab verdi

ABŞ-ın Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə Vaşinqtonun əlaqəsinin olmasına dair yayılan iddialar yalandır. ucarliyiq.biz-in məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı deyib.

Telefon danışığı barədə açıqlama verən Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib ki, Kerri türkiyəli həmkarına ABŞ-ın Türkiyə hökumətinin araşdırmaların aparılmasına dəstək verməyə hazır olduğunu bəyan edib.

“ABŞ-ın dövlət çevrilişi cəhdində rolunun olması lə bağlı iddialar və bəyanatlar tamamilə yalandır Bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərə zərər vurur”.

Bir sıra kütləvi informasiya vasitələrində ABŞ-ın Türkiyədəki son hadisələrdə iştirakının olmasına dair məlumatlar yayılıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, hərbi çevriliş cəhdini 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən planlaşdırıb. Ərdoğan BŞ prezidenti Barak Obamaya Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı çağırış edib.
Con Kerri yayılan Türkiyə iddialarına cavab verdi
İyulun 15-də axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib. Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.
Con Kerri yayılan Türkiyə iddialarına cavab verdi

Ankarada isə helicopter və qırıcılar havaya qaldırılıb, dövlətin strateji binaları atəşə tutulub. Baş Qərargah rəisi Hulusi Akar və bir neçə general, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi dövlət çevrilişinə cəhd edən hərbçilər tərəfindən girov götürülüb.

Con Kerri yayılan Türkiyə iddialarına cavab verdi

Bəzi kütləvi informasiya vasitələrində xəbərlər yayıldı ki, prezident Rəcəb Tayyib Ərdoğan ölkədən qaçıb. Lakin gecə saatlarında Ərdoğan CNNTürk telekanalında canlı yayımda skayp vasitəsilə bağlantı yaradaraq xalqa çağırış edib. O deyib ki, president və ali baş komandan olaraq xalqı dövlət çevrilişinin qarşısını almaq üçün meydanlara və hava limanlarına axın etməyə çağırıram.

Prezidentin bu çağırışından sonra xalq meydanlara çıxıb və hərbçilərlə toqquşmalar olub. Nəticədə 265 nəfər həyatını itirib. Öldürülən insanların 161 nəfəri mülki şəxsdir, 104 nəfər isə çevrilişə cəhddə iştirak edənlərdir. Xalqın iradəsi nəticəsində dövlət çevrilişinin qarşısı alınıb.
Bundan sonra Türkiyə Silahlı Qüvvələrinə kütləvi həbslər başlayıb. Onlarla general və zabit, 2745 hakim və prokuror saxlanılıb. Dövlət çevrilişinə cəhd edənlərin həbs edilməsi üçün Türkiyə polisi tərəfindən əməliyyatlar davam edir.