» » » ANS TV Fətullah Gülənin evinin qarşısında

ANS TV Fətullah Gülənin evinin qarşısında

ANS TV Fətullah Gülənin evinin qarşısında

Türklər ABŞ-ın Pensilvaniya ştatında yaşayan din xadimi Fətullah Gülənin evinin qarşısında etiraz aksiyası keçirib.

ANS TV-nin Vaşinqton bürosunun nümayəndəsi Qənirə Ataşova etiraz aksiyası zamanı hadisə yerində olub.

Əməkdaşımızın verdiyi məlumata görə, aksiyaçılar Fətullah Gülənin onların qarşısına çıxıb açıqlama verməsini tələb etsə də Gülən bunu etməyib.

Etiraz aksiyası zamanı daha nələr baş verib? Daha ətraflı videomaterialda.
Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəh olub. Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hərbi çevriliş cəhdini 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülən planlaşdırıb. Ərdoğan ABŞ prezidenti Barak Obamaya Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı çağırış edib.