» » » Türkiyədə saxlananların sayı 6 minə çatdı

Türkiyədə saxlananların sayı 6 minə çatdı

Türkiyədə saxlananların sayı 6 minə çatdı

Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra həyata keçirilən əməliyyatlar zamanı saxlananları sayı 6 minə çatıb. ucarliyiq.biz-in məlumatına görə, bu barədə ölkənin ədliyyə naziri Bəkir Bozdağ açıqlama verib. Onun sözlərinə əməliyyatlar hazırda da davam etdirilir.

"Hazırda "təmizləmə" əməliyyatları davam edir. Saxlananların sayı 6 mini də keçəcək. Bütün bu baş verən çeviriliş cəhdləri ilə bağlı hüquqi proseslər davam etdiriləcək".
Türkiyədə saxlananların sayı 6 minə çatdı


Hərbi çevrilişə cəhddən sonra bütün ölkəni əhatə edən əməliyyatlar zamanı minlərlə hakim, prokuror və hərbçi saxlanılıb. Barələrində saxlanılma qərarı olan hakim ve prokuror ər-arvad isə ölkədən qaçarkən hava limanında tutulublar. Təkcə İstanbulda 110 hakim və prokuror haqqında saxlanma qərarı verilib.

Təxminən bir neçə saat əvvəl isə Hatay vilayətində 10 hərbçi, 3 polis və 18 hakim saxlanılaraq istintaqa cəlb ediliblər.
Türkiyədə saxlananların sayı 6 minə çatdı
İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. 
Türkiyədə saxlananların sayı 6 minə çatdı


Hadisədən sonra Türkiyə ordusunda da böyük həbslər dalğası başlayıb. Türkiyə II Ordusunun komandanı Adəm Huduti, Balıkəsirdəki hərbi hava bazasının komandanı general-leytenant İshaq Dayıoğlu, Malatya qarnizonunun komandanı general-mayor Avni Anqun, III piyada diviziyasının komandanı general-leytenant Xəlil İbrahim Engin və Dənizli qarnizonunun komandanı general-mayor Kamil Özhan Özbakır saxlanılıb.