» » » Fətullah Gülənin ilk görüntüsü yayıldı - təzyiqi qalxdı

Fətullah Gülənin ilk görüntüsü yayıldı - təzyiqi qalxdı

Fətullah Gülənin ilk görüntüsü yayıldı - təzyiqi qalxdı

Türkiyədə baş verən hərbi çevrilişə cəhdin əsas səbəbkarı kimi adı hallanan Fətullah Gülənin son hadisələrdən sonra ilk görüntüləri yayılıb. ucarliyiq.biz-in məlumatına görə, videogörüntülərdə Gülənin səhhətində problem olduğu, buna görə də, onun qan təzyiqinin ölçüldüyü görünür. Amerikalı və avropalı əcnəbi jurnalistlərlə görüşən din xadimi hərbi çevirilişə cəhd edənləri tanımadığını və onlarla əlaqəsinin olmadığını bildirib. 

Türkiyə mətbuatı Fətullah Gülənin jurnalistlərlə görüşü zamanı etdiyi hərəkətlərdə qəribəlik olduğunu, onun bu uğursuz çevrilişdən sonra "çökdüyünü" və kefinin pozulduğunu yazıb. Danışarkən səsinin titrəməsi də jurnalistlərin diqqətindən yayınmayıb.
Watch video!Ötən gün jurnalistlərlə görüşü zamanı Fətullah Gülən jurnalistlərə açıqlama verib. O, hərbi cəhdin arxasında onun olması barədə irəli sürülən ittihamları rədd edib. Gülən Türkiyədə baş verən hadisələr fonunda ona qarşı təzyiqlərin artdığını bildirib.
“Dövlət çevrilişi edənlər mənə təzyiq göstərirlər. Məni hər dəfə istintaqa cəlb ediblər. Ən yaxın insanlar belə bəzən alternativ seçimə dözə bilmirlər. Həsəd və qısqanclıq ünsürləri bəzən insanı pisliklər etməyə vadar edir. Çevriliş cəhdinin arxasında bir çox motivasiyalar ola bilər. Onlar müxalifət partiyalarının, millətçilətçi partiyaların tərəfdarları ola bilər.

15  ildir ki, Türkiyədən kənardayam. Türkiyədə baş verən hadisələri izləmirdim. Baş verən hadisələr əvvəlcədən yazılmış ssenaridir. Lakin mənim kimi bir möminin dəlilsiz ittihamlar etməsi doğru deyil. Belə bir şey etsəm, yalan danışmış, şər atmış olaram”.