» » » Ərdoğanın ən etibarlı adamı saxlandı

Ərdoğanın ən etibarlı adamı saxlandı

Ərdoğanın ən etibarlı adamı saxlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi müşaviri saxlanılıb. ucarliyiq.biz-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Polkovnik Ali Yazıcı hərbi çevrilişə cəhd planının iştirakçısı olmaqda günahlandırılır. Prezidentin baş katibi Fahri Kasırğanın da Yazıcı tərəfindən qaçırıldığı iddia edilir.
Ərdoğanın ən etibarlı adamı saxlandı


2015-ci ildə bu vəzifəyə təyin edilən Yazıcı bundan əvvəl Bolqarıstanda hərbi ataşşe işləyib.

Ərdoğan müşavir təyin edərkən 3 namizədin içərisindən Ali Yazıcını seçmişdi. Ali Yazıcı Ərdoğanın ən yaxın adamlarından biri hesab edilirdi. 

Məlumata görə, Yazıcı  ilə bərabər Türkiyənin 11-ci prezidenti Abdulla Gülün dövründə hərbi müşavir olan İsmail Güneşer də saxlanılıb.
Watch video!İyulun 15-də axşam saat 22:00 radələrində Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisi ölkədə dövlət çevrilişinə cəhd edib. Hadisələr əsasən İstanbul və paytaxt Ankarada cərəyan edib.

Hərbçilər əvvəlcə İstanbulun iki böyük magistral “Boğaziçi” və “Fatih Sultan Mehmet” körpülərində avtomobillərin hərəkətini dayandırıblar. Ağır zirehli texnika ilə körpünün giriş-çıxışları bağlanıb.
Ərdoğanın ən etibarlı adamı saxlandı
Ankarada isə helikopter və qırıcılar havaya qaldırılıb, dövlətin strateji binaları atəşə tutulub. Baş Qərargah rəisi Hulusi Akar və bir neçə general Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi dövlət çevrilişinə cəhd edən hərbçilər tərəfindən girov götürülüb. Amma daha sonra hərbçılərin qiyamı yatırılıb.

Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.