» » » Ermənistanda 200 nəfər şübhəli həbs edildi

Ermənistanda 200 nəfər şübhəli həbs edildi

Ermənistanda 200 nəfər şübhəli həbs edildi

Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb. ucarliyiq.biz-in yerli KİV-lərə istinadən verdiyi məlumata görə, hazırda onlardan 50-si azad buraxılıb.

Məlumata görə, hüquq-mühafizə orqanları onların “Təsis Parlamenti” təşkilatı və  Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.

İyulun 17-də İrəvanda baş verən silahlı insident zamanı 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb. Polis idarəsini ələ keçirən  silahlı şəxslər 7 nəfəri girov saxlayıb.
Ermənistanda 200 nəfər şübhəli həbs edildi
Ermənistan prezidenti Serj Sarkisyan hüquq mühafizə orqanlarının məsul şəxsləri ilə müşavirə keçirib. “News.am” elektron portalına istinadən verilən məlumata görə, müşavirənin əsas mövzusu 17 iyulda baş vermiş silahlı insident olub.
Ermənistanda 200 nəfər şübhəli həbs edildi


Müşavirə iştirakçıları 17 iyulda səhər saatlarında İrəvan şəhərində polis məntəqəsinə edilmiş baqının təfərrüatları haqqında prezidentə məruzə ediblər. Onların sözünə görə, vəziyyətə tam nəzarət edilib
Ermənistanda silahlı qrup polis idarəsinə ötən gün səhər saatlarında hücum edib. Hadisə paytaxt İrəvanın yaxınlığında, Erebuni rayonunda baş verib. Bir qrup silahlı şəxs binaya daxil olaraq onu ələ keçirib.