» » » İrəvanda polis binasına basqın davam edir

İrəvanda polis binasına basqın davam edir

İrəvanda polis binasına basqın davam edir

İlkin Mustafayev
18 İyul, 2016 Bazar Ertəsi
Baxılıb
231

9:30 / Birnəfər girovluqdan buraxılıb


Irəvanda polis binasını ələ keçirən bir qrup silahlı şəxs girovlardan birini azad edib.

ucarliyiq.biz-in məlumatına görə, bununla da girovluqda 5 nəfər qalıb. Onlar arasında Ermənistan polis rəisinin müavini Vardan Yeqizaryan və İrəvan polis rəisinin müavini Valeri Osipyan var.

Ötən gün səhər saatlarında bir qrup silahlı şəxs Ermənistan polisinin post-patrul xidmətinin ərazisinə daxil olub və burada olan insanları girov götürüb. Polisin məlumatına görə, binanın ələ keçirildiyi zaman 1 polis əməkdaşı öldürülüb, 3-ü yaralanıb. Sonradan xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad olunub.

Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən “Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər. 

 O, dövlət çevrilişinə cəhddə ittiham edilərək ötən ay həbs edilmişdi.