» » » İsveçrədən Qarabağla bağlı təklif

İsveçrədən Qarabağla bağlı təklif

İsveçrədən Qarabağla bağlı təklif

İsveçrə Azərbaycan və Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətlərini dəvət edərək, Qarabağ probleminin həlli perespektivlərinin müzakirəsi üçün vasitəçi rolu oynamağa hazırdır.

ucarliyiq.biz-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə ATƏT Parlament assambleyasının İsveçrə nümayəndə heyətinin başçısı Filippo Lombardi deyib. 
İsveçrədən Qarabağla bağlı təklif


"Azərbaycan və Emənistan arasında "dondurulmuş" münaqişə var. Amma bəzən bu münaqişə daha da qızışır və nəticədə çoxlu insan dünyasını dəyişir. Biz monitorinq aparmadan kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Bizim mövqemiz ondan ibarətdir ki, hər iki tərəfin xalqı, prezidentləri bir araya gəlib, bu məsələni özləri həll etməlidirlər". 
İsveçrədən Qarabağla bağlı təklif


Filippo Lombardi prezident Vladimir Putininin təşəbbüsü ilə Sankt-Peterburqda iki ölkənin prezidentləri - İlham Əliyev və Serj Sarkisyan arasındakı görüşü xatırladaraq, bunun müsbət addım olduğunu vurğulayıb. Amma, o, eyni zamanda qeyd edib ki, nə Vladimir Putin, nə da İsveçrə xalqı bu münaqişəni həll edə bilməz.

"Belə vəziyyətdən çıxmaq üçün hər iki xalqın iradəsi vacibdir. Bunun üçün İsveçrə Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin görüşünü İsveçrədə təşkil edə bilər. Hətta, bura Gürcüstan nümayəndə heyətini də dəvət edə bilər. Amma biz yalnız vasitəçi ola bilərik, sülhü yarada bilmərik". 
İsveçrədən Qarabağla bağlı təklif