» » » Kremldən Türkiyədəki çevrilişə, Ermənistandakı basqına və Qazaxıstandakı atışmaya şərh gəldi

Kremldən Türkiyədəki çevrilişə, Ermənistandakı basqına və Qazaxıstandakı atışmaya şərh gəldi

Kremldən Türkiyədəki çevrilişə, Ermənistandakı basqına və Qazaxıstandakı atışmaya şərh gəldi

"Türkiyə, Ermənistan və Qazaxıstanda baş verənlərə eyni qiymət vermək düzgün olmazdı. Bir yerdə söhbət hərbi çevrilişdən gedir, digərində kriminaldan; eyni zamanda Rusiya Federasiyasının sərhədlərində təhlükəsizlik lazimi səviyyədə təmin olunub, Rusiya özü isə qonşu ölkələrin sabitliyində və firavanlığında marağlıdır". ucarliyiq.biz-in məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.  O deyib ki, bu 3 ölkədə cərəyan edən hadisələr arasında heç bir bağlılıq görmür.
Kremldən Türkiyədəki çevrilişə, Ermənistandakı basqına və Qazaxıstandakı atışmaya şərh gəldi
Son 3 gündə regionda qeyri-sabitlik müşahidə olunur. 
Kremldən Türkiyədəki çevrilişə, Ermənistandakı basqına və Qazaxıstandakı atışmaya şərh gəldi


İyul 15-i axşam saatlarında Türkiyədə hərbi çevrilişə cəhd olub. Ölkənin dövlət telekanlı TRT-ni ələ keçirən bir qrup hərbçi efir vasitəsi ilə bəyanatlarını səsləndiriblər və bildiriblər ki, Türkiyədə hərbi çevriliş baş tutub və prezident Ərdoğan devrilib.

Lakin bir müddət sonra CNN Türk telekanalının efirinə "FaceTime" proqramı vasitəsi ilə qoşulan ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə sadəcə hərbi çevrilişə cəhd olduğunu bildirib və özünün yerində olduğunu deyib. Bir müddət sonra Türkiyədə çevrilişə cəhdin qarşısı alınıb.
Kremldən Türkiyədəki çevrilişə, Ermənistandakı basqına və Qazaxıstandakı atışmaya şərh gəldi


İyulun 17-də isə Ermənistanda bir qrup şəxs İrəvanda yerləşən polis bölməsini ələ keçiriblər. Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən “Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər. 

Qazaxıstanda isə bu gün səhər saatlarında Almaatıda naməlum şəxslər polislərə atəş açıb və nəticədə 7 polis öldürülüb. Silahlılardan biri saxlanılıb.