» » » Ermənistan rəhbərliyində sağlam düşüncəli bir siyasətçi yoxdur

Ermənistan rəhbərliyində sağlam düşüncəli bir siyasətçi yoxdur

Ermənistan rəhbərliyində sağlam düşüncəli bir siyasətçi yoxdur

“Ermənistan cəmiyətində hakimiyyətə qarşı baş verən bir sıra nümayişləri biz görmüşük. Amma belə bir ciddi şəkildə, bunun ciddi forma alması yeni bir şeydir. Artıq yüksək rütbəli girovlarda götürülüb və kifayət qədər sərt tələblər var. Hələlik kütləvilik yoxdur, hər halda erməni xalqının bunlara dəstək verdiyini demək olmaz. Amma bunun özü cəmiyətin böyük bir hissəsinin hakimiyətdən kifayət qədər narazı olduğunu göstərir”.

Bunu keçmiş səfir, politoloq Fikrət Sadıqov ucarliyiq.biz-ə İrəvan şəhərində polis məntəqəsinə edilmiş basqını şərh edərkən deyib.

Diplomatın sözlərinə görə, Sarkisyanın istefaya getməsini tələb etmək əsassız deyil. Onun apardığı xarici və daxili siyasət onları qane etmir. “Hansısa bir Jirar Sefilyanın həbs edilməsi sadəcə bəhanədir. Bu bahənəni bunlar ortaya çıxararaq qiyam qaldırıb. Bu hökümətə qarşı bir qiyamdır. Bunun arxasında daxildə olan çox aşağı səviyədə sosial iqtisadi vəziyyət və hakim partiyasının yürütdüyü siyasət, atdıqları addımlardır." - deyə Fikrət Sadıqov bildiridi.

Politoloq həmçinin qeyd edib ki, qiyama daha bir ehtimal danışıqlar prosesi ilə bağlıdır. "Münaqişə aparan iki dövlət arasında görüşlər olub, təkliflər irəli sürülüb. Burada Rusiyanın aktivliyi müşahidə olunur. Hiss olunur ki, Ermənistana müəyyən təzyiqlər olunur. Bunların arxasında müəyyən narazı dairələr ola bilər. O vaxt Levon Ter-Petrosyan hansısa mərhələli plana hə deyəndən sonra Ermənistan parlamentində deputatları güllələdilər. Bu dəfədə daxili sabitliyi pozub camatı ayağa qaldırmaq istəyirlər." Fikrət Sadıqov deyir ki, hazırda Ermənistanın siyasi elitasında sağlam düşüncəli, Azərbaycanla normal konstruktiv münasibətləri qurmaq istəyən bir siyasətçi yoxdur.

"Mən düşünmürəm ki, əgər bunlar Sarksiyanı devirsələr hakimyətə ondan daha yaxşısı gələ bilər. Orda nəinki yaxşısı daha sərt bir siyasətçi gələ bilər. Bu qiyam Sarksiyanın  yumşağlığına görə yönəlibsə deməli bunlar daha sərt siyasətçi isləyir. Aparıcı dövlətlərin sayəsində Rusiyanın təzyiqi nəticəsində Sarksiyan çalışır ki, nəyəsə hə desin”, - deyə Fikrət Sadıqov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə aparılan danışıqlarda Sarkisyana təzyiqlər olduğunu bildirib.
Ermənistan rəhbərliyində sağlam düşüncəli bir siyasətçi yoxdur

Ermənistan rəhbərliyində sağlam düşüncəli bir siyasətçi yoxdur


Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə müdiri, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ucarliyiq.biz-ə verdiyi açıqlamada isə bunun Ermənistan hakimiyyəti üçün bu bir siqnal olduğunu qeyd edib.

Ekspertin sözlərinə görə, aprel döyüşlərindən sonra Ermənistanda iqtidardan narazılıq xeyli artıb. “Bu həm Qarabağ döyüşlərindəki uğursuzluqdan, həm də ölkədəki iqtisadi çətinlikdən, işsizlikdən, korrupsiyanın, rüşvətin baş alıb getməsindən irəli gələn narazılıqdır. Polis bölməsinə hücum edənlər  əhalinin bu hadisədən küçələrə çıxacağını, müxalifətin onları dəstəkləyəcəyini güman edirdilər. Belə bir şey olmadı, küçələrə heç kəs çıxmadı və hadisə bir qrupun cinayət törətməsi kimi lokallaşdı. Ermənistan hakimiyyəti üçün bu bir siqnaldır.Yayda olmasa da, bu kimi olaylar sonunda böyük etirazlara, hətta hakimiyyət çevrilişinə də səbəb ola bilər. Bu Ermənistana xarakterik olan bir hadisədir. 1999-cu ildə Ermənistan parlamentində də gülləbəran oldu və siyasi liderlər öldürüldü. Cəmiyyətdə narazılq yüksək olanda bəzən ən kiçik qığılcım belə gözlənilməz siyasi kataklizmlərə gətirib çıxara bilər”,- deyə İlham İsmayıl bildirib.
Ermənistan rəhbərliyində sağlam düşüncəli bir siyasətçi yoxdur

Ermənistan rəhbərliyində sağlam düşüncəli bir siyasətçi yoxdur


Ötən gün səhər saatlarında bir qrup silahlı şəxs Ermənistan polisinin post-patrul xidmətinin ərazisinə daxil olub və burada olan insanları girov götürüb. Polisin məlumatına görə, binanın ələ keçirildiyi zaman 1 polis əməkdaşı öldürülüb, 3-ü yaralanıb. Sonradan xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad olunub.

Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən “Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın azad edilməsini və Ermənistan prezidenti Serj Sarksiyanın istefasını tələb edirlər.