» » » NATO-nun Türkiyədəki hərbi bazasında əməliyyat

NATO-nun Türkiyədəki hərbi bazasında əməliyyat

NATO-nun Türkiyədəki hərbi bazasında əməliyyat

Türkiyədə NATO-nun İncillik hərbi bazasında axtarışlar başlayıb. ucarliyiq.biz-in məlumatına görə, axtarışların dövlət çevrilişi ilə bağlı aparıldığı bildirilir.

Axtarışlar 2 prokuror və 7 vəkil tərəfindən aparılır. Əməliyyat axtarış tədbirləri hərbi bazanın tank korpusunda həyata keçirilir. Bazanın ərazisinə çox sayda polis qüvvələri daxil olub.

Türkiyə hökumətinin yaydığı məlumatlarda bildirilir ki, dövlət çevrilişinə cəhd zamanı təyyarələrin bəziləri İncillik hərbi bazasından qalxıb.
NATO-nun Türkiyədəki hərbi bazasında əməliyyat


Bu səbəbdən "İncirlik" hərbi bazasının komandanlığı dövlət çevrilişinə cəhddə iştirak itihamı ilə həbs edilib.

Hərbi Hava Qüvvələri bazasının komandanlığı Adana vilayətinin cənub hissəsində saxlanılıb.

Məlumatda bildirlir ki, hərbi bazanın rəhbəri ilə yanaşı, daha 10 yüksək rütbəli zabit saxlanılıb. 
NATO-nun Türkiyədəki hərbi bazasında əməliyyat
Adıçəkilən hərbi baza ABŞ və NATO üçün çox böyük önəm daşıyır. Çünki regionda terrorçuluğa qarşı ən böyük mübarizə həmin hərbi bazanın ərazisindən aparılır.