» » » Qazaxıstanla Azərbaycan energetika və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə edəcək

Qazaxıstanla Azərbaycan energetika və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə edəcək

Qazaxıstanla Azərbaycan energetika və nəqliyyat sahələrində əməkdaşlığı müzakirə edəcək
Sentyabrın 21-22-də Astana şəhərində iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan hökümətlərarası komissiyasının 13-cü iclası keçiriləcək.

ucarliyiq.biz - in məlumatına görə, bu barədə "MİA Qazinform" məlumat yayıb.

"Qazaxıstan və Azərbaycan ikitərəfli energetika, tranzit və nəqliyyat sistemləri, kənd təsərrüfatı, təhsil və turizm, ticarət-iqtisadi və investisiya əlaqələrinin genişlənilməsinə aid əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir" – deyə məlumatda deyilir.

Azərbaycan nümayəndə heyətinə energetika naziri Natiq Əliyev başçılıq edəcək.

İclasın sonunda yekun protokolu imzalanacaq. İkitərəfli komissiyanın növbəti, 14-cü iclası 2017-ci ildə Bakıda keçiriləcək.

Qeyd edək ki, Qazaxıstanda Azərbaycan kapitalının olduğu 700-dən çox şirkət qeydiyyata alınıb. Azərbaycanda həmçinin Qazaxıstan kapitalının iştirakı ilə təxminən 60 firma qeydiyyata alınıb.