» » » Sabah Xəzərdə beş dövlətin iştirakı ilə beynəlxalq hərbi təlimlər başlayacaq

Sabah Xəzərdə beş dövlətin iştirakı ilə beynəlxalq hərbi təlimlər başlayacaq

Sabah Xəzərdə beş dövlətin iştirakı ilə beynəlxalq hərbi təlimlər başlayacaq
Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran həbrçilərinin iştirakı ilə senytabrın 20-də Xəzərdə beynəlxalq hərbi təlimlər başlayacaq.

ucarliyiq.biz Rusiya KİV-ə istinadən xəbər verir ki, "Kaspi-2016" adlanan təlimlərin Xəzərin Həştərxan vilayətinə aid hissəsində keçirilməsi nəzərdə tutulub.

Təlimlərdə 600-dən çox canlı qüvvə və 100-ə yaxın texnika iştirak edəcək.

Məlumata görə, sentyabrın 22-də Həştərxanda "Risklərin qlobal tendensiyası və beynəlxalq əməkdaşlığın prioritetləri" mövzusunda beynəlxalq konfrans da keçiriləcək.