» » » Azərbaycanın XİN başçısı Nyu-Yorkda işgüzar səfərdədir

Azərbaycanın XİN başçısı Nyu-Yorkda işgüzar səfərdədir

Azərbaycanın XİN başçısı Nyu-Yorkda işgüzar səfərdədir
Bakı.19 sentyabr. REPORT.AZ/ BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün xarici işlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində işgüzar səfərdədir.

Bu barədə ucarliyiq.biza Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər əsnasında E.Məmmədyarovun BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşü nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan XİN başçısı Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə dövlətlərinin 8-ci Nazirlər toplantısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasına, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısına, BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər görüşünə qatılacaq, digər toplantılarda iştirak edəcək və çoxsaylı ikitərəfli görüşlər keçirəcək.