» » » İƏT Nyu-Yorkda Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı ilk iclasını keçirəcək

İƏT Nyu-Yorkda Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı ilk iclasını keçirəcək

İƏT Nyu-Yorkda Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı ilk iclasını keçirəcək
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kontakt Qrupunun Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı ilk iclası bu həftə Nyu-Yorkda keçiriləcək.

ucarliyiq.biz İƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, təşkilatın baş katibi İyad Amin Əl-Madani BMT Baş Assambleyasının 71-ci sessiyasında İƏT nümayəndə heyətinə rəhbərlik edir.

Məlumata görə, sentyabrın 19-dan 23-dək BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İƏT Fələstin üzrə Komitənin iclasını, eləcə də qurumun illik koordinasiya toplantısını keçirəcək. Bundan əlavə, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü, eləcə də Cammu və Kəşmir, Mali, Bosniya və Herseqovina, Somali və Yəmən üzrə Kontakt qruplarının iclası keçiriləcək.

Qeyd edək ki, İƏT-in Kontakt Qrupunun Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı iclası ilk dəfə keçiriləcək. Bu Qrupun yaradılması barədə qərar cari ilin aprel ayında İƏT-in 13-cü sammitində qəbul edilib.