» » » Vergilər Nazirliyi və Baş Prokurorluq Bakıda birgə təlimlərə başlayıb

Vergilər Nazirliyi və Baş Prokurorluq Bakıda birgə təlimlərə başlayıb

Vergilər Nazirliyi və Baş Prokurorluq Bakıda birgə təlimlərə başlayıb
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müstəntiqləri və təhqiqatçılarının cinayət və cinayət-prosessual qanunvericiliyi üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə Vergilər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən imzalanmış əmrə əsasən sentyabrın 18-dən etibarən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında birgə təlimlərə başlanılıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatında deyilir.

Tədbirdə bildirilib ki, Vergilər Nazirliyinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi təşkilati və hüquqi islahatların, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş Prokurorluq tərəfindən bu sahəyə nəzarətin düzgün təşkilinin və göstərilən əməli köməkliyin, habelə mövcud ikitərəfli işgüzar münasibətlərin nəticəsi olaraq nazirliyin səlahiyyətlərinə aid edilmiş cinayət və digər hüquqpozma hallarına, xüsusilə də vergiləri ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və iqtisadi fəaliyyət sahəsində olan digər cinayətlərə qarşı məqsədyönlü və ardıcıl şəkildə səmərəli mübarizə tədbirləri uğurla davam etdirilir. Nazirliyin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə fəaliyyətin daha yüksək səviyyədə təşkili məqsədi ilə aparılmış işlərlə yanaşı, qurumun müstəntiq, təhqiqatçı və əməliyyatçılarının müntəzəm olaraq müvafiq təlim və tədris kurslarına cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir.

Birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilə və konvensiyaların tətbiqi təcrübəsinin təkmilləşdirilməsi, vergi cinayətkarlığına qarşı mübarizədə ibtidai araşdırmanın keyfiyyətinin artırılması sahəsində hüquqi yardımın göstərilməsi məqsədilə nəzərdə tutulan təlimlər oktyabrın 8-dək davam edəcək.

Tədrisin sonunda keçirilmiş mövzuların dinləyicilər tərəfindən hansı dərəcədə mənimsənilməsi və tədrisin səmərəliliyinin müəyyən edilməsi məqsədilə imtahanın keçirilməsi nəzərdə tutulur.